25 
İyl
2014
19:10
97
85
11360
Virtual karabakh

Məleykə Əsədovanın 400 min manatını ələ keçirən sevgilisinə hökm oxundu – TƏFƏRRÜAT

25 İyl, 2014
19:10
11360

Məleykə Əsədovanın 400 min manatını ələ keçirən sevgilisinə hökm oxundu – TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Asifə görə müğənninin əsəbləri pozuldu, ürəyində problem yarandı”.

Dələduzluq, oğurluq maddələri ilə özgənin etibarından sui-istifadə edib külli miqdarda pullar ələ keçirən Asif Vəliyev və Anar Əhmədovun məhkəmə prosesi başa çatıb. Qeyd edək ki, adı bir sıra cinayət hadisələrində hallanan Asif Vəliyev xalq artisti Məleykə Əsədovanın sevgilisi olub.

Oxu.Az xəbər verir ki, Publika.az-ın xəbərinə görə, xalq artisti Məleykə Əsədovanın sevgilisi kimi tanınan Asif Vəliyev 2011-ci ildə özgənin etibarından sui-istifadə etməklə dələduzluq cinayəti törədib. O, Yasamal rayon sakinləri Kərəm Abbasovu Dövlət Neft Şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə söz verib, 2300 manat pulunu mənimsəyib, Lalə Babaşovaya isə Türkiyədən avtomobil gətirəcəyinə  söz verib, 8 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində onun barəsində 178.3.2 (külli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb.

Lakin ağır xəstəliyi ilə əlaqədar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Az müddətdən sonra onun ev dustaqlığına da xitam verilib. 2013-cü ildə Gürcüstanda polis tərəfindən saxlanılıb. Müəyyən edilib ki, onun barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbsi axtarış elan edilib. Bundan sonra A.Vəliyev həbs olunaraq Bakı istintaq təcridxanasına təhvil verilib.

Əvvəllər  Cinayət Məcəlləsinin180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə) maddəsi ilə  2 il azadlıqdan məhrum edilən Anar Əhmədov barəsində isə növbəti dəfə  177.3.2-ci (külli miqdarda ziyan vurm) maddə ilə cinayət işi başlanıb. Lakin o, qaçıb gizləndiyindən barəsində axtarış elan olunub. Bir müddətdən sonra tutularaq istintaqa cəlb edilib. Asif Vəliyevlə Anar Əhmədov birləşərək paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində “Hyundai Sonata” markalı avtomobildən 2500 manat pul, Abşeron rayonu, Novxanı bağları massivində “Audi-Q7” markalı avtomobilin şüşəsini sındırıb oradan da 40000 ABŞ dolları və 24000 manat oğurlayıblar. Beləlikə, Yasamal, Səbail və Abşeron rayonlarında törətdikləri cinayət işləri birləşdirilərək materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə  göndərilib.

“Məleykə Əsədovaya yalandan subay və imkanlı olduğumu demişdim”.

Müttəhim qismində dindirilən Asif Vəliyev xalq artisti Məleykə Əsədova ilə münasibətlərindən də danışıb. Bildirib ki, xalq artisti ilə 2012-ci ildə tanış olub görüşməyə başlayıblar. Hətta onun evinə  köçüb birlikdə yaşayıblar. A.Vəliyev özünü ona imkanlı iş adamı kimi təqdim edib və M.Əsədovadan iş qurmaq adı ilə 400 000 manat borc pul alıb. 200 000 manatını isə M.Əsədovanın tapşırığı ilə “Texnikabank”-dan kredit götürüb. Lakin bu müddət ərzində A.Vəliyev nə bankdan götürdüyü krediti, nə də M.Əsədovadan aldığı pulu ödəyə bilib. Bundan sonra aktrisa aldadıldığını başa düşüb:

“Məleykəyə yalandan subay və  imkanlı olduğumu demişdim. Amma borclarımı qaytara bilmədiyimə görə, məndən şübhələndi. Sonra da pullarını tələb etməyə başladı”. Lakin həmin ərəfədə A.Vəliyev dələduzluq etdiyinə  görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. 2013-cü ildə isə həbsdən çıxıb. M.Əsədova yenidən pullarını tələb etməyə başlayıb”.

“Asifə görə Məleykə Əsədovanın əsəbləri pozuldu, ürəyində problem yarandı”.

Şahid qismində ifadə verən Məleykə Əsədovanın 13 illik köməkçisi Kəmalə Nоvruzova  A.Vəliyevi xalq artistinin keçmiş nişanlısı kimi tanıdığını iddia etdi. Onun sözlərinə  görə, Asif özünü mömin, düzgün adam kimi qələmə verib biznesmen olduğunu, Dubaydan Azərbaycana satmaq üçün avtomobillər gətirdiyini söyləyib:

“Asif tez-tez Məleykə xanımın evində qalırdı. Onda aktrisaya söz verdi ki, xaricdən ona “Mazeratti” və “Mersedess Viana” markalı maşınlar gətirəcək. Bunun müqabilində də ondan böyük məbləğdə  pul aldı. Vaxt keçdikcə,  Məleykə xanım gördü ki, ona söz verilən avtomobillər gəlib çıxmır və Asifdən maşınları tələb etdi. O da həmişəki kimi min bir bəhanə gətirib onu aldatdı. Artıq Məleykə xanımla Asifin münasibətləri kəskin  həddə çatmışdı. Asif başladı ona yalan danışmağa. Dedi ki, maşınların pulunu ona “atıblar”, yəni pulu verdiyi adam onu aldadıb qaçıb. Aradan bir müddət keçəndən sonra Asif haradansa köhnə vəziyyətdə olan “Mazeratti” markalı bir avtomobil tapıb gətirdi. Həmin avtomobili Məleykə xanıma verdi və  dedi ki, öz puluma almışam”.

Lakin sonradan məlum olub ki, həmin avtomobil kreditdədir. Asifin isə banka külli miqdarda borcu var. Bunları bildikdən sonra M.Əsədova Asiflə münasibətlərinə son qoyub.

K.Novruzova onu da əlavə  etdi ki, M.Əsədova baş verənlərdən sonra Asiflə danışmaq istəmədi. Ona görə də Asifə zəng edib aktrisanın pulunu o tələb edib:

“Mən Asifə hər dəfə zəng edəndə  xahiş edirdi ki, Məleykə xanıma deyim onu bağışlasın. Sonra biz avqust ayında eşitdi ki, o, Yasamal polisi tərəfindən həbs olunub. Asifə görə Məleykə xanımın əsəbləri pozuldu, ürəyində  və  səs tellərində  problem yarandı”. Uzun müddətdən sonra, yəni 2013-cü ilin əvvəlində  Asif Məleykə Əsədovaya zəng edərək həbsxanadan çıxdığını, yenidən onunla barışmaq istədiyini bildirsə də, M.Əsədova da onu bağışlamayacağını deyərək pulunu tələb edib.

M.Əsədovanın sevgilisi Asif Vəliyevin istintaq prosesi isə şahidlərin dindirilməsi ilə davam edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri