30 
Avq
2014
17:25
15
90
3118
Virtual karabakh

Seymur Həzi xuliqanlıqda ittiham olunur - RƏSMİ

30 Avq, 2014
17:25
3118

Seymur Həzi xuliqanlıqda ittiham olunur - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İş üzrə istintaq davam etdirilir.

Abşeron rayon Polis Şöbəsi və Prokurorluğu Seymur Həziyevin həbsi ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, avqustun 29-da saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyev qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib. 

Onun əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib, hadisənin şahidləri dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, S.Həziyev AXCP Rəyasət Heyətinin üzvüdür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri