12 
Sen
2014
16:06
33
29
3159
Virtual karabakh

Daha bir mənzil-tikinti işləri ilə məşğul olan şirkətdə dələduzluq

12 Sen, 2014
16:06
3159

Daha bir mənzil-tikinti işləri ilə məşğul olan şirkətdə dələduzluq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MTK-nın sədrinə cinayət işi açılıb.

“200 saylı” Mənzil-tikinti kooperativinin (MTK) sədrinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, araşdırmalar zamanı MTK-nın sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Yasamal rayonu ərazisində inşa edilmiş yaşayış binasında əvvəl satılmış mənzili təkrarən başqa şəxsə satmaqla 31.000 manat məbləğində özgənin pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri