30 
Sen
2014
17:00
20
101
8298
Virtual karabakh

Mingəçevirdə tələbə qızı zorla qaçırdılar - TƏFƏRRÜATLAR

30 Sen, 2014
17:00
8298

Mingəçevirdə tələbə qızı zorla qaçırdılar - TƏFƏRRÜATLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar arasında əlbəyaxa qarşıdurma yaranıb.

Mingəçevir şəhərində qız qaçıran şəxs tutulub.

Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhər Telekommunikasiya Qovşağının inzibati binasının qarşısında baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Siyasət Məzahir oğlu dostunun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə küçədə piyada hərəkət edən Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Adıgözəlova Nigar Ramiz qızına yaxınlaşıb və onu zorla maşına mindirməyə çalışıb. 

Onlar arasında əlbəyaxa qarşıdurma yaranıb, 18 yaşlı qız güc tətbiq edilərək maşına mindirilib.
 
Avtomobil hərəkət edən zaman qız maşının qapısını açaraq özünü aşağı atmaq istəyib. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının II kurs tələbəsi olan Nigar Adıgözəlova qışqıraraq oğlana müqavimət göstərsə də, qaçırılaraq naməlum istiqamətə aparılıb.
 
Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutularaq Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 144.1 maddəsi ilə (adam oğurluğu) cinayət işi açılıb, araşdırma aparılır.

16:22

Mingəçevir şəhərində adam oğurluğu faktı baş verib. 1989-cu ildə anadan olan Siyasət Məmmədov 1996-cı il təvəllüdlü Nigar Adıgözəlovanı qaçırıb. 

Oxu.Az El TV-yə istinadən xəbər verir ki, Siyasət Məmmədov Nigar Adıgözəlovanı yolda getdiyi zaman zorla avtomobilinə mindirib.

Məlumatda qeyd edilir ki, qızın avtomobildən düşmək üçün göstərdiyi cəhdlər boşa çıxıb. 

Siyasət Məmmədov Nigar Adıgözəlovanı yol getdiyi zaman zorla avtomobilinə mindirib. 

Avtomobil təxminən 100-150 metr məsafədə qapısı açıq vəziyyətdə hərəkət edib. 

Siyasət Məmmədov yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri