21 
Okt
2014
15:00
20
87
3475
Virtual karabakh

Hacıqabulda kişi xəstəxanada tibb bacısı işləyən arvadını doğradı - YENİLƏNİB

21 Okt, 2014
15:00
3475

Hacıqabulda kişi xəstəxanada tibb bacısı işləyən arvadını doğradı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyi xəstəxanada baş vermiş qətllə bağlı məlumat yayıb. 

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 20-də Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Əhmədov münaqişə zəminində orada tibb bacısı işləyən arvadı Bacıxanımı bıçaqla qətlə yetirib.

İ.Əhmədov Hacıqabul Rayon Mühafizə Bölməsinin əməkdaşı tərəfindən saxlanılıb.

Həmin şəxs Rayon Polis Şöbəsinə təhvil verilib.

10,20,2014 22:36

Hacıqabul rayon mərkəzi xəstəxanasında ər arvadını bıçaqla qətlə yetirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayon prokurorluğundan verilən məlumata görə, hadisə bu gün iş gününün sonunda, saat 17.30 radələrində xəstəxananın foyesində baş verib.

Hacıqabul sakini əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Əhmədov İslam Abxan oğlu həyat yoldaşı 1963-cü il təvəllüdlü Əhmədova Bacxanım Məlik qızını 4 bıçaq zərbəsi ilə qətlə yetirib.  Sonuncu ürək aortasının kəsilmiş yarası, döş qəfəsinin arxa hissəsindən, sol qoltuğunun altından və bazu nahiyəsindən aldığı bıçaq yaralarından hadisə yerində dünyasını dəyişib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Bildirilir ki, Bacxanım Əhmədova Hacıqabul rayon mərkəzi xəstəxanasının baş tibb  bacısı vəzifəsində çalışıb.

Tibb bacısının iş yoldaşlarının bildirdiyinə görə, onun həyat yoldaşı tüfeyli həyat tərzi yaşayırdı. Bu səbəbdən B.Əhmədova məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Ehtimal olunur ki, qətl də elə bu zəmində baş verib.

Qətli törədən İslam Əhmədov polis tərəfindən saxlanılıb. 

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri