25 
Okt
2014
14:25
11
67
2775
Virtual karabakh

Moskva məktəblisinin intiharının təfərrüatları

25 Okt, 2014
14:25
2775

Moskva məktəblisinin intiharının təfərrüatları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mahmudun atası Ramil uşaqla danışmağı qərara alıb.

Dördüncü gün Moskvanın Rublevski şosesində yerləşən binanın 13-cü mərtəbəsindən 10 yaşlı oğlan özünü atıb. Uşaq yerindəcə keçinib, bir neçə saat sonra isə polislər onun sinif yoldaşının atasını saxlayıblar.

Oxu.Az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, faciəyə səbəb adi uşaq dalaşması olub. Həlak olan 4-cü sinif şagirdi Dima R. paralel sinfin şagirdi Mahmud M. ilə dalaşıb. O, çox düşünmədən atasına şikayət edib.

İlk baxışdan tipik hadisədir: uşaqlar tez-tez valideynlərinə yaşıdlarının onları incitmələrindən şikayət edirlər, onlar izə öz növbələrində pedaqoqları bu işə cəlb edirlər...

Amma, Mahmudun atası 36 yaşlı Ramil məsələni özü həll etməyi düşünür. O, məktəbdə Dimanı tapır və onunla “kişi söhbəti” aparmaq istəyir.

Günün qalan hissəsini uşaq əzgin gəzib. Müəllim ona davranışına dair xəbərdarlıq edəndə isə ağlayıb.

Evə qayıtdıqdan sonra isə Dima eyvana çıxaraq özünü aşağı atıb.

- “Dima yaxşı oxumurdu, daim dalaşırdı. O, təkcə Mahmudla deyil, başqa oğlanla da dalaşırdı” – həlak olan oğlanın sinif yoldaşı danışıb.

Amma əgər Dima dalaşqan olubsa da yaşlı bir adamın ona belə sərt danışması düzgün deyil. Bəs müəllimlər hara baxırdı? Axı azərbaycanlı ona küçədə yox, elə məktəbdə hədə-qorxu gəlib.

Dimanın sinif yoldaşlarının sözlərinə görə, müəllimlər vəziyyətdən xəbərdar idilər, amma Ramilin hədələrini eşitməməyə üstünlük verdilər.

Mahmudun ailəsi barədə çox şey məlumdur. 732 saylı məktəbdə onun balaca bacısı və qardaşı oxuyur. Ramilin özü avtoservisdə çalışır. Onun uşaqlarının sosial şəbəkələrdə olan şəkillərində onlarla xarici maşın şəkli var. Şəkillərin birində Ramilin kiçik oğlu qırmızı “Bentli”nin sükanı arxasında oturub.

Əlavə edək ki, Ramilə qarşı “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Onu beş il həbs cəzası gözləyir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri