20 
Noy
2014
15:42
25
84
7024
Virtual karabakh

Məhkəmə McDonald’s Azərbaycan şirkətinə qarşı qaldırılan iddianı əsassız saydı

20 Noy, 2014
15:42
7024

Məhkəmə McDonald’s Azərbaycan şirkətinə qarşı qaldırılan iddianı əsassız saydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu məbləğ internat məktəbinə köməklik aksiyasına xərclənib”.

İddiaçı Rolan Məmmədovun McDonalds “Azərbaycan MMC”-yə qarşı qaldırdığı məhkəmə prosesi 3 ay davam etdikdən sonra nəhayət ki, “McDonalds Azərbaycan” MMC-nin xeyrinə məhkəmə qətnaməsinin  cıxarılması ilə bitmişdir.

Uzun sürən məhkəmə prosesi zamanı “McDonalds Azərbaycan” MMC tərəfindən şahid ifadələri, sübutlar, video görüntülər məhkəmyə təqdim edilmişdir. “McDonalds Azərbaycan” MMC sübut etdi ki, şirkətin yüksək keyfiyyət və təhlükəsizlik standartları nəticəsində məhsulların içindən hər hansı yad cisimlərin çıxma ehtimalı sıfıra bərabərdir. İlk gündən bu məsələyə bu cür reaksiya verən McDonalds rəsmiləri sona kimi bu mövqedən çıxış etdilər.

Uzun sürən məhkəmə prosesi zamanı Rollan Məmmədov özü etiraf etdi ki, restoran Meneceri tərəfindən müştəriyə qarşı heç bir kobudluq olmayıb və əksinə onu diqqətlə dinləyiblər. Lakin buna baxmayaraq Rollan Məmmədov öz iddia ərizəsində restoran Menecerinin guya “Get kimə istəyirsən şikayət elə, bizə heç kim heçnə edə bilməz” ifadəsi qeyd etmişdir. Lakin şahid ifadələrinin  zamanı belə halın olmadığı sübut olundu.

“3 ay  sürən məhkəmə prosesi zamanı biz məhkəmədə öz mövqeyimizi sona kimi qoruyub saxladıq. Bizim restoranlarında satılan məhsulların hamısı  nəinki keyfiyyət tələblərinə, eləcə də HACCP planı (Qida təhlükəsizliyi planı) üzrə qidanın təhlükəsizliyi tələblərinə cavab verir ki, bu da müştərilərə tam təklükəsiz məhsulların təqdim edilməsinə zəmanət verir.

Məhkəmənin qətnaməsinə görə Rollan Məmmədov yalandan “McDonalds Azərbaycan” MMC-yə qarşı iddia qaldırdığına görə iddiası əssasız sayılmış və qətnaməyə əsasən hadisə kütləvi informasiya vasitələrində təkzib olunmuşdur.

O cümlədən Məhkəmə qətnaməsinə görə yallandan iddia qaldırdığı üçün Məhkəmə tərəfindən iddiaçı Rollan Məmmədova 200 AZN məbləğində çərimə kəsilmişdir. Lakin bu məbləğ internat məktəbinə köməklik aksiyasına xərclənmişdir ”- deyərək McDonalds rəsmiləri öz fikirlərini bildirdilər.
 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri