Okt
2021
12:56
14
568
11313
Virtual karabakh

Bakıda usta ev sahibinin oğluna əxlaqsız hərəkətlər etdi – CİNAYƏT İŞİ

9 Okt, 2021
12:56
11313

Bakıda usta ev sahibinin oğluna əxlaqsız hərəkətlər etdi – CİNAYƏT İŞİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda usta işlədiyi evlərdən birində 14 yaşına çatmayan uşağa qarşı seksual xarakterli hərəkətlər edib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə Bakının Xəzər rayonunun Şimal Dresi adlanan ərazisindəki evlərdən birində olub.

Elektrik və santexnik işləyən 1976-cı il təvəllüdlü Saşa (şərti addır) qonşusu Bəybalanın (şərti) evində işləyərkən sonuncunun azyaşlı övladına qarşı əxlaqsız hərəkətlərə yol verib.

Məhkəmə istintaqı əsasında hadisəni qısa şəkildə təsvir etməyə çalışaq.

Belə ki, Bəybala ləvazimat almağa gedərkən, onun evində qalan iki övladı həyətdə oynayırmış.

Bu zaman hamamda işləyən usta uşaqlardan birini çağırır. Usta heç kimin evdə olmamasından istifadə edərək yeddi yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edir. O, bunu bir neçə dəfə təkrarlayır. (detallara varmırıq).

Bəybala evə qayıtdıqdan sonra isə Saşa həmin uşağın onu çox istədiyini bildirir, öz evinə aparmasını təklif edir. Lakin Bəybala razı olmur.

Uşaq bir neçə gün sonra ustanın başının xarab olduğunu ailə üzvlərinə bildirir, ondan bunun səbəbini soruşduqda isə, o, baş verənləri danışır.

Saşa haqqında polisə şikayət edilir və onun haqqında cinayət işi açılır.

Saşa ibtidai istintaqa verdiyi ifadədə özünü təqsirli bilməsə də, sonradan bunu etiraf edir.

Saşa məhkəmədən bir azyaşlı övladının olmasını əsas gətirərək onun haqqında yüngül cəza kəsilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri