16 
Dek
2014
12:18
25
103
7965
Virtual karabakh

Moskvada azərbaycanlılar bir-birini güllələyib – VİDEO

16 Dek, 2014
12:18
7965

Moskvada azərbaycanlılar bir-birini güllələyib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölən var.

Rusiya paytaxtının Vilnyuski küçəsində yerləşən “Vostoçnaya skazka” kafesində yaranan münaqişə zamanı bir nəfər azərbaycanlı həlak olub, iki nəfər isə odlu silahdan yaralanıb.

Life news-a hüquq-mühafizə orqanlarından olan mənbənin verdiyi məlumata görə, atışmaya səbəb iki qrup arasında səs-küylü münasibət aydınlaşdırması olub. Nəticədə bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. DİN idarəsinin mətbuat xidmətindən insan ölümü faktını təsdiqləyiblər.  

Hal-hazırda faciə yerində müstəntiqlər və kriminalistlər çalışırlar. Onlar baş verənləri aydınlaşdıraraq insident iştirakçılarının hər birinin günahını müəyyənləşdirirlər.  

Son informasiyaya müvafiq olaraq, polis qətlə aidiyyatı olan üç kişini axtarır. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, bütün cinayətkarlar silahlı olublar.

Bundan başqa, atışmada zərərçəkənlərin soyadları məlum olub. Çiynindən yara alan Babayev 71 saylı şəhər kliniki xəstəxanaya, qarın nahiyəsindən yaralanan Abdullayev Sklifosovski adına instituta yatırılıb. Aydın Paşaəliyev isə qətlə yetirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri