19 
Dek
2014
18:57
37
22
2700
Virtual karabakh

Gürcü və azərbaycanlı “İvan Qroznının ölümü”nü oğurladılar – FOTO

19 Dek, 2014
18:57
2700

Gürcü və azərbaycanlı “İvan Qroznının ölümü”nü oğurladılar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya polisi əməliyyat keçirib.

Moskva polisi Mariott-Qrand mehmanxanası qalereyasından iki rəsm əsərinin oğurlanmasında əli olan iki kişini saxlayıb. 

Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə əsasən, Vasili Polenovun “Çayla peyzaj” və Konstantin Makovskinin “İvan Qroznının ölümü” əsərlərinin ümumi dəyəri 7 milyon rubldur (115 min dollar). 

Rəsm əsərləri iyunun 13-də oğurlanıb. 

Şübhəli şəxslər Arbatda zərgərlik mağazasının oğurlanması faktı üzrə araşdırma zamanı saxlanılıb. 

Saxlanılanlar 33 yaşlı gürcü və 38 yaşlı Azərbaycan vətəndaşıdır. 

Barmaq izləri yoxlanılan zaman saxlanılanların rəsm əsərlərinin oğurlanmasında əli olduğu sübut edilib. Şübhəlilər istintaqla əməkdaşlıqdan və əsərlərin yerini deməkdən imtina ediblər.  

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri