10 
Okt
2013
18:18
29
38
32044
Virtual karabakh

Məşhur müğənnimizin bacısı həbsxanada intihar etdi

10 Okt, 2013
18:18
32044

Məşhur müğənnimizin bacısı həbsxanada intihar etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nurlanənin 11 yaşlı oğlu qalıb.

Oktyabrın 9-dan 10-na keçən gecə Kürdəxanı istintaq təcridxanasında bu günlərdə Abşeron rayonunda saxlanılmış 35 yaşlı Bakı sakini Nurlanə Əsədova intihar edib.

Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Abşeron rayon Polis İdarəsindən Əsədovanın bu gün səhər asılmış vəziyyətdə aşkarlandığını bildiriblər.

Xatırladaq ki, bir həftə əvvəl Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular.

Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul oğurlayıblar.

İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad cinayəti törədən zaman “lomka” vəziyyətində olublar. Güman olunur ki, Əsədova özünü elə buna görə öldürüb.

Dindirmə zamanı Əsədova Göyçay rayonundan olan müğənni Mətanət Əsədovanın bacısı olduğunu bildirib.

Məlumata görə, Nurlanə Əsədovanın qohumlarına təhvil veriləcək 11 yaşlı oğlu qalıb.

Faktla bağlı araşdırma davam edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri