16 
Fev
2015
15:53
324
60
49393
Virtual karabakh

Bakıda polislərlə əlbəyaxa olan sərxoş qadına hökm oxundu – VİDEO

16 Fev, 2015
15:53
49393

Bakıda polislərlə əlbəyaxa olan sərxoş qadına hökm oxundu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobilin kimə məxsus olduğu açıqlandı.

Bakıda sərxoş vəziyyətdə yol polislərinə tabe olmayan qadın sürücünün hərəkətlərinə hüquqi qiymət verilib.

Oxu.AzReport”-a istinadən xəbər verir ki, polisə tabe olmayan M.K. ilə bağlı işə Xətai rayon Məhkəməsində baxılıb. O, məhkəmənin qərarı ilə inzibati qaydada 15 sutka müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun 37-ci Polis Bölməsinin növbətçi hissəsinin iş rejimini pozmasını ağırlaşdırıcı hal kimi qəbul edib.

Həm də məlum olub ki, M.K.-nın idarə etdiyi “KİA” markalı avtomobil onun özünün yox, oğlan dostunun olub.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib. Belə ki, yol polisləri tərəfindən qayda pozduğu üçün saxlanılan “KİA” markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağırılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

E.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri