27 
Fev
2015
17:10
28
340
28204
Virtual karabakh

Kürəkəninin bacısını 3 dəfə zorlayan kişi sərbəst buraxıldı

27 Fev, 2015
17:10
28204

Kürəkəninin bacısını 3 dəfə zorlayan kişi sərbəst buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qız hamilə qalıb...

Kürəkəninin bacısını zorlayaraq hamilə qoyan kişi dindirilib. 

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü F.M-i zorlayan 1967-ci il təvəllüdlü Əlifağa Bayramov Qaradağ rayon Prokurorluğunda ifadə verib. 

Maraqlıdır ki, 17 yaşlı qızı 3 dəfə zorlamaqda ittiham olunan Ə.Bayramov sərbəst buraxılıb.

Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımov bildirib ki, iş üzrə araşdırma gedir: 

“İş başa çatmamış şəxsin ifadəsi haqda məlumat verə bilmərik”.

Xatırladaq ki, hadisə ötən ilin may ayında baş versə də, bu yaxınlarda qızın ailəsi polisə şikayət verib. İşi aparan müstəntiq Elçin Tağıyev açıqlamasında bildirmişdi ki, 1967-ci il təvəllüdlü Bayramov Əlifağa Həmiş oğlu qızı 16 yaşı olanda 3 dəfə zorlayıb: 

“2013-cü ilin avqustunda zorlanan qızın qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və onlar bir-birlərinin evinə gedib gəlməyə başlayıblar. Qız Ələt qəsəbəsində atası ilə birlikdə yaşayıb. Qudaların hər ikisi “malyar” işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib qudasıgildə qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, görüb evdə heç kim yoxdur. Qızdan soruşub ki, atan hardadır, o da deyib evdə yoxdur. İçəri keçib qızı danışdırmağa başlayıb. Sonra qəfildən qızı vurub və F.M huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra təxminən 1 saat qızla təbii yolla cinsi əlaqədə olub. Bir saatdan sonra qız özünə gələndə görüb ki, Əlifağa artıq evdən çıxıb gedir. Görüb ki, soyundurulub, üst-başı da qan içindədir. Qız bunu heç kimə deməyib. Üç gün sonra mayın 4-də gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr.

Qızın atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi əlaqədə olub. Qıza hədə-qorxu gəlib ki, kiməsə desən sənin başını kəsəcəyəm. Ümumi 3 dəfə qızı zorlayıb. Sonuncu dəfə 2014-cü ilin iyun ayının axırlarında olub. Qızı guya gəlinlərini görmək üçün Salyan rayonunun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib, qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə maşında qızı yenə zorlayıb. Bundan sonra qız hamilə qalıb. Amma qorxusundan heç kimə deməyib. Üstündən bir neçə ay keçəndən sonra böyük bacısı şübhələnib. Bu ilin fevralın 7-də bacısına hər şeyi danışıb. Fevralın 8-də Hacıqabulda xəstəxanaya gediblər. Həkim deyib ki, 35 həftəlik hamilədir, martın 15-də doğuş vaxtıdır”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri