30 
Mar
2015
20:19
8
95
4313
Virtual karabakh

Göyçayda ər öldürdüyü arvadını maşına qoydu, qəza etdi

30 Mar, 2015
20:19
4313

Göyçayda ər öldürdüyü arvadını maşına qoydu, qəza etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DİN və Baş Prokurorluq birgə məlumat yayıb.

DİN və Baş Prokurorluq ötən gün Göyçay-Ucar yolunda ağır qəza ilə bağlı birgə məlumat yayıb.

Oxu.Az xəbər verir ki,  məlumatda bildirilir ki, martın 30-da saat 10 radələrində Göyçay-Ucar avtomobil yolunun, Göyçay rayonu ərazisində rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayev Fərhad Qubad oğlu idarə etdiyi VAZ 21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb, nəticədə aldığı bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına  yerləşdirilib.
 
Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı avtomobilin arxa salonunda qadın meyiti aşkar edilib. Araşdırmalarla meyitin F.Abdullayevin arvadı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva olması müəyyən edilib və meyit  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub.
 
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində L.Abdullayevanın əri F.Abdullayev tərəfindən Ucar şəhərində yaşadıqları mənzildə qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib.
 
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri