13 
Noy
2013
10:00
15
29
5291
Virtual karabakh

Rusiyada Mais Qurbanova atəş açdılar – Video

13 Noy, 2013
10:00
5291

Rusiyada Mais Qurbanova atəş açdılar – Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sui-qəsdin törədildiyi an videokameralara düşdü.

Moskvada Rusiya Miqrantlar Federasiyasının prezidentinin müavini Mais Qurbanova sui-qəsd törədilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Mais Qurbanova travmatik silahdan atəş yaşadığı evin qarşısında açılıb.

Qurbanov ona qarşı törədilən sui-qəsdi  ictimai fəaliyyəti ilə əlaqələndirir. Polis araşdırma aparır.  

Qeyd edək ki, hücum noyabrın 12-də saat 01.30 radələrində Mais Qurbanovun Novokosinski küçəsindəki evinin qarşısında baş verib. Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti binanın giriş qapısına yaxınlaşdıqda naməlum şəxslər arxadan ona atəş açıb.  

“Cinayətkarlar hadisə yerini tərk etməzdən Qurbanov ona atəş açan şəxsin cavan qadın olduğunu görüb”, - deyə Rusiya Miqrantlar Federasiyasının prezidenti Məhəmməd Əmin Məcumdər bildirib. 

“Hücum edən şəxslər 4 nəfər olub. Qurbanov qolundan güllə yarası alaraq, çoxlu qan itirib. Hazırda onun həyatına heç bir təhlükə yoxdur”, - deyə o bildirib.  

Life News-un verdiyi xəbərə görə, videogörüntüdə Mais Qurbanovun Moskvanın Novokosino rayonunda yaşadığı binanın giriş qapısına yaxınlaşdığı əks olunub.  Bu zaman arxa planda sürətlə yeriyən slavyan görünüşlü qadın tapançadan atəş açaraq, dərhal hadisə yerini tərk edir.  

Güllə yarası almış və nə baş verdiyini anlamayan Mais Qurbanov atəş açılandan dərhal sonra arxaya dönüb cinayətkara baxır və həmin an əks istiqamətə qaçır.  

Qurbanovun hadisədən sonra verdiyi açıqlamaya əsasən, ona hücum edən şəxslər heç bir söz demədən və hər hansı bir şüar səsləmədən atəş açaraq sakitcə hadisə yerini tərk ediblər.

Rusiya Miqrantlar Federasiyasının prezidentinin sözlərinə görə, Mais Qurbanova dəfələrlə təhdidlərə məruz qalıb:

“Biz hücumun milliyyətçilər tərəfindən törədildiyini birmənalı iddia edə bilmərik. Ümid edirik ki, istintaq hər şeyə aydınlıq gətirəcək”. 

Mais Qurbanov ona qarşı törədilən sui-qəsdin ictimai fəaliyyəti ilə bağlı olduğunu istisna etmir: 

“Biz mütəmadi olaraq telefon vasitəsilə təhdidlərə məruz qalırıq, lakin konkret olaraq mənim ünvanıma heç bir məlumat daxil olmamışdı. İki il əvvəl mənim oğlum hücuma məruz qalmışdı, lakin o zaman polis cinayət işi açmaqdan imtina etmişdi”, - deyə Mais Qurbanov əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri