12 
Sen
2017
14:46
73
240
23541
Virtual karabakh

OMON “Bakinskiy dvorik”ə basqın etdi – YENİLƏNİB + FOTO

12 Sen, 2017
14:46
23541

OMON “Bakinskiy dvorik”ə basqın etdi – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan diasporunun daxilində təxribatlar təşkil etməyə çalışırlar.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report-un Rusiya bürosuna Çelyabinsk vilayətinin Azərbaycan diasporunun lideri, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rafail Quliyev bildirib.

Onun sözlərinə görə, sentyabrın 10-da Azərbaycan diasporunun nümayəndələri "Bakinskiy dvorik" restoranında iki gün əvvəl qətlə yetirilən kikboksinq üzrə dünya çempionu Ramil Caniyevin anım mərasiminə toplanıblar.

"Birdən tədbirə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və havaya boş patronlarla atəş açıblar, sonra bütün azərbaycanlıları toplayıb, bölməyə aparıblar", - R. Quliyev bildirib.

Diaspor rəhbəri əlavə edib ki, sonra Çelyabinsk Daxili İşlər İdarəsinin rəhbərliyi ilə görüş keçirilərək, vəziyyətə aydınlıq gətirilib.

"Məsələ burasındadır ki, həmin gün Çelyabinskdə "Şəhər Günü" qeyd edilirdi və hüquq-mühafizə orqanları istənilən qanun pozuntularının qarşısını almağa göstəriş alıb. Hansısa azərbaycanlı polislərə bildirib ki, "Bakinskiy dvorik"də diaspor nümayəndələri yığışıb və onların arasında qətlə yetirilənin və qatilin qohumları var. Beləliklə, polislər mümkün "qan davasının" qarşısını almaq qərarına gəldi. Əslində isə Ramil Canıyevin atası və qohumları dərd içindədir və hansısa "qan intiqamı" haqqında heç düşünmürlər", - R. Quliyev bildirib.

O həmçinin qeyd edib ki, saxlanılan şəxslər həmin gün buraxılıb, polislər isə anım tədbirinin təşkilatçılarından üzr istəyib.

Xatırladaq ki, sentyabrın 8-də naməlum şəxs Çelyabinskdə yaşayış evinin həyətində vilayətin Azərbaycan diasporunun fəal nümayəndəsi, kikboksinq üzrə dünya çempionu Ramil Canıyevin baş nahiyəsinə atəş açıb. O, xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

11:01

Azərbaycan diasporunun nümayəndəsi Ramil Caniyevin Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilməsinin sərnişindaşıma bazarı uğrunda gedən müharibə ilə əlaqəli olduğu bildirilir.

Oxu.Az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, bu barədə ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb.

Daxili İşlər Nazirliyinin cinayətlə bağlı yaydığı qısa məlumatında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya haqqında qanunvericiliyin pozulması faktının yoxlanılması üzrə operativ-profilaktiv tədbirləri həyata keçirib.

“Bakinskiy dvorik” kafesində gənc oğlanın qətli və aparılan tədbirlər barədə hələlik bizə heç nə məlum deyil”, - deyə DİN rəsmisi Olqa Şterk bildirib.

Hüquq-mühafizə orqanlarındakı mənbə ura.ru saytına deyib ki, polis əməkdaşları kafedə, sadəcə, profilaktik tədbirlər görməyiblər, orada atışma da olub.

“Kafedə olanları üzü üstdə yerə uzatdılar, üzərilərini axtardılar. Daha sonra hamısını polis maşınlarına oturtdular. 200 nəfəri tutub apardılar. Hətta ölənin atasını da tutdular”, - deyə mənbə bildirib.

Kafedə ofisiant işləyən Zilya faktı təsdiqləyib.

“OMON hadisə yerinə gəldi, atəş açmağa başladı. Bəzilərini içəri girən kimi döyməyə başladılar”, - deyə Zilya bildirib.

Sentyabrın 8-də Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.

İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal-qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri