11 
Sen
2017
16:28
33
337
37364
Virtual karabakh

Bakıda küçənin ortasında qadının dilini, kişinin qulağını kəsdilər – TƏFƏRRÜAT + VİDEO

11 Sen, 2017
16:28
37364

Bakıda küçənin ortasında qadının dilini, kişinin qulağını kəsdilər – TƏFƏRRÜAT + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi icra nümayəndəliyinin qarşısında ər və arvada bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Raçxan Fərman oğlu İbrahimov şübhəli şəxs qismində saxlanılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yol kənarında dayanan taksi sürücülərindən biri olayı lentə alıb. İstintaqla müəyyən olunub ki, xəsarət alanlar ər və arvad deyil.

Belə ki, 42 yaşlı Əlizadə Ellada Vladimirovna və 50 yaşlı Çələbov Çələb Fətulla oğlu səhər saatlarında evdən çıxıb gedərkən Raçxan onları görüb. Bir vaxtlar qadınla qeyri-rəsmi münasibətləri olduğundan, o, hisslərinə hakim ola bilməyib. Kadrlardan da göründüyü kimi, o, əlində olan bıçaqla əvvəlcə qadının ağız və göz nahiyələrindən iki bıçaq zərbəsi vurub. Çələb Çələbov onu zərərsizləşdirmək istəyərkən isə qarın və qulaq nahiyələrindən iki bıçaq zərbəsi alıb. “Sənə xəbərdarlıq etmişdim” kimi ifadələr səsləndirən İbrahimov qadının tərpənə bilmədiyini görəndən sonra bıçağı yerə atıb.

Diqqətçəkən məqam isə hadisə həvəskar kamera ilə lentə alındığı vaxt qonşu qadından başqa heç kimin yaralılara kömək göstərməməsidir. Xəstəxanadan verilən məlumata görə, yaralı qadın görmə qabiliyyətini itirməməsi üçün Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna yerləşdirilib. Çələb Çələbov isə Kliniki Tibbi Mərkəzdə müalicə alır.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri