29 
May
2015
12:59
26
555
29106
Virtual karabakh

Bakıda 5 yaşlı qızı zorlayıb öldürdülər

29 May, 2015
12:59
29106

Bakıda 5 yaşlı qızı zorlayıb öldürdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pirallahı rayonunda dəhşətli qətl.

Azərbaycan paytaxtında dəhşətli qətl törədilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y.Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri