İyn
2015
10:14
34
211
16404
Virtual karabakh

Bakıda polis əməkdaşı qəza törətdi

8 İyn, 2015
10:14
16404

Bakıda polis əməkdaşı qəza törətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölən və yaralanan var.

Azərbaycan paytaxtında polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakının Mərdəkan-Buzovna şosesində qeydə alınıb. 

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi “Hyundai İX 35” markalı avtomobili aşırıb. 

Nəticədə sürücü və maşında olan sərnişin Maqsud Zeynalov xəstəxanaya aparılıblar.

Yaralılardan M.Zeynalov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Qeyd edək ki, Maqsud Zeynalov “Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğludur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri