İyl
2015
23:34
74
22
3794
Virtual karabakh

Dələduzluqda ittiham olunan “RUM” MTK direktorunun məhkəməsi başladı - FOTO

3 İyl, 2015
23:34
3794

Dələduzluqda ittiham olunan “RUM” MTK direktorunun məhkəməsi başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, 185 min 550 manat məbləğində vəsaiti ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini İman Hüseynovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, bu ilin fevral ayında “RUM” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı İman Hüseynovun “RUM” MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri başqa şəxsə satması, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsi üzə çıxıb. Ayın 18-də məhkəmənin qərarı ilə o, həbs edilib. 

İstintaqın gedişatında məlum olub ki, Hüseynov Məhəmməd Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində vəsaiti ələ keçirməklə, dələduzluq edib. 

Məhkəmə baxışı iyulun 24-nə təyin olunub.

 

C.H.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri