16 
Apr
2024
13:12
61
8
1357
Virtual karabakh

Beynəlxalq axtarışa verilmiş dörd nəfər ölkəmizə ekstradisiya edilib - VİDEO

16 Apr, 2024
13:12
1357

Beynəlxalq axtarışa verilmiş dörd nəfər ölkəmizə ekstradisiya edilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya ediliblər.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Nihad Səlimli sağlamlıq əleyhinə, Şövkətbəy Mustafayev, İlkin Rüstəmov və Rövşən Əmirxanlının isə mülkiyyət əleyhinə olan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri