17 
Apr
2024
11:40
9
103
920
Virtual karabakh

Bakıda yanan evdən içində 1000 dollar olan seyf oğurlanıb

17 Apr, 2024
11:40
920

Bakıda yanan evdən içində 1000 dollar olan seyf oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən ikimərtəbəli evlərin birində yanğın baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə 150 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri