17 
Apr
2024
14:24
35
15
726
Virtual karabakh

Dövlət Komitəsi ailə məhkəmələrinin yaradılmasını təklif edir

17 Apr, 2024
14:24
726

Dövlət Komitəsi ailə məhkəmələrinin yaradılmasını təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin institusional səviyyədə həll olunmasının artıq vaxtı çatıb.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, bu gün ailə məsələlərindən danışanda ən narahatedici məsələ boşanmaların artmasıdır:

"Son bir neçə ildə boşanma əmsalı 1,6-dan 2-yə çatıb, bu bizi narahat edir. Ailədaxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq. Ailə psixoloqu institutunun yaradılması ilə yanaşı ailə məhkəmələrinin yaradılması çox vacibdir. Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə orada psixoloqların, sosial işçilərin, hüquqşünasların birgə ailələrə dəstək göstərməsi, ailə çəkişmələrinin təsirlərinin azaldılması, eyni zamanda, ailələrin bərpasına böyük dəstəyi olacaq".

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri