26 
Apr
2024
16:08
55
9
1177
yuxarı
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu
26 Apr, 2024
16:08
1177
55
9
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu
Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, aprelin 17-si rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları - həkim-feldşer, 1962-ci il təvəllüdlü Zöhrab Babacan oğlu Şikarova və təcili tibbi yardımın sürücüsü, 1990-cı il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib.
Həmin şəxsə qarşı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Samit Hüseynova qarşı üç ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək