15 
Avq
2015
11:42
133
39
9670
Virtual karabakh

Azərbaycanlı uşaqların Türkiyəyə satılmasının qarşısı alındı – FOTO

15 Avq, 2015
11:42
9670

Azərbaycanlı uşaqların Türkiyəyə satılmasının qarşısı alındı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zahid Hacıyev və azyaşlılar saxlanılıb.

Avqustun 14-də azyaşlıları istismar məqsədi və aldatma yolu ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən şəxs Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında DSX İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov deyib.

A.İbrahimov bildirib ki, Azərbaycan Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyev Zahid Qədir oğlu “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsindən idarə etdiyi yük maşınında yetkinlik yaşına çatmayan Gəncə şəhər sakinləri - 2004-cü il təvəllüdlü Məmmədov Ziyadxan Saleh oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Asif Rəcəb oğlu və 2003-cü il təvəllüdlü Əliyev Yaqub Elşən oğlunu Türkiyə Respublikasına aparmaq barədə sonuncularla razılıq əldə edib, razılaşmaya əsasən onların dövlət sərhədini qanunsuz olaraq Gürcüstan istiqamətində keçməyə cəhd göstərmələrinə köməklik göstərib.

Z.Hacıyev azyaşlıların gələcəkdə istismar məqsədilə, aldatma yolu ilə Türkiyəyə aparıb insan alverinə cəlb etməyi planlaşdırıb, onların qabaqcadan istifadəsində olan mobil nömrəsini verərək qanunsuz yolla keçdikdən sonra Gürcüstanda təyin edilmiş yerdə görüşmək barədə razılıq əldə edib.

DSX əməkdaşlarının sayıqlığı nəticəsində Zahid Hacıyev və azyaşlılar saxlanılıb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri