31 
Avq
2015
23:46
91
33
3705
Virtual karabakh

15 manata görə adam öldürən şəxsə hökm oxundu – FOTO

31 Avq, 2015
23:46
3705

15 manata görə adam öldürən şəxsə hökm oxundu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bıçaq arteriyaya dəydiyinə görə Tərlanda güclü qanaxma başlayıb.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Ağamirzə Əlizadənin (1991-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

Oxu.Az xəbər verir ki, 2013-cü il oktyabrın 17-si axşam saat 22 radələrində Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları İçərişəhərdə, Ə.Əliyev küçəsindəki 3 saylı evin qarşısında şəhər sakini Tərlan Soltanovun (1990-cı il təv.) meyitini aşkar ediblər. Araşdırma zamanı öldürülən şəxsin fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olması məlum olub.

Müəyyən edilib ki, hadisəni münaqişə zəminində Ağamirzə Əlizadə törədib, elə həmin gecə o Bakı ş. BPİ və Səbail RPİ əməkdaşları tərəfindən saxlanılıb. 

İstintaqla müəyyən edilib ki, Ağamirzə hadisədən bir neçə ay əvvəl Tərlana 15 manat borc verib. Bundan sonra taksi sürücüsü bir dəfə Əlizadəni idarə etdiyi avtomaşınla istədiyi yerə aparıb və ondan yol pulu almayıb. Ayın 17-də Ağamirzə Tərlandan verdiyi borcunu geri istəsə də Soltanov ona borcunu qaytarmayıb. Buna görə də aralarında başlanan mübahisə ölüm hadisəsi ilə nəticələnib. 

Məhkəmə prosesində Ağamirzə Əlizadə Tərlan Soltanovu öldürmək istəmədiyini bildirib, sadəcə olaraq bir-birlərinin ünvanlarına söyüşlər söyərkən o, tanışının ayaq nahiyəsindən bir bıçaq zərbəsi vurub. Bıçaq arteriyaya dəydiyinə görə Tərlanda güclü qanaxma başlayıb və sonuncu təcili tibbi yardım avtomaşını gələnədək dünyasını dəyişib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əlizadə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək təqsirləndirilən şəxsə daha sərt cəza verilməsini xahiş edib. 

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək, A.Əlizadəyə 10 il cəza təyin edib. 

C.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri