29 
Sen
2015
15:30
183
32
5228
Virtual karabakh

İŞİD üçün döyüşən azərbaycanlı tutuldu

29 Sen, 2015
15:30
5228

İŞİD üçün döyüşən azərbaycanlı tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MTN əməliyyat keçirdi.

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.

Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri