19 
Okt
2015
14:38
388
73
65004
Virtual karabakh

MTN-nin bir neçə generalı həbs edildi

19 Okt, 2015
14:38
65004

MTN-nin bir neçə generalı həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın Prezidenti şəxsən müdaxilə etməli olub.

İki gün əvvəl Prezident İlham Əliyevin qəfil sərəncamı ilə Milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudovla bağlı məsələ nəinki Azərbaycan mediasında, hətta qonşu ölkələrin mətbuatında da gündəm yaradıb. 

Məlum olub ki, Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh olan Eldar Mahmudov və MTN-in bir qrup yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr və bu kimi cinayətlər törədiblər. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib. Nazirə hətta konkret faktlar üzrə törədilən cinayətlərin arxasında onların durduğu ilə bağlı şübhələr çatdırılıb. Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın Prezidenti şəxsən müdaxilə etməli olub.

Bəzi KİV sensasion çıxışlar edərək, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları və Azərbaycan Baş Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyində müştərək əməliyyat aparmalarına dair xəbər yayıblar.

Operativ əməliyyatlar nəticəsində MTN-in Monitorinq mərkəzinin əməkdaşları əsasən general-mayor Teymur Quliyev, antiterror mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in Monitorinq mərkəzinin əməkdaşı Natəvan Məmmədova saxlanılıb.

Hal-hazırda saxlanılan şəxslər MTN-nin təcridxanasındadırlar, Monitorinq mərkəzi möhürlənib, istintaq aparılır.

MTN-in sabiq rəhbərinə gəldikdə isə, etibarlı mənbələrin məlumatına əsasən, hal-hazırda Eldar Mahmudov öz evində faktiki olaraq ev dustağıdır.

Bundan başqa, MTN-in daha iki yüksək vəzifəli generalı saxlanılıb, yerli KİV bildirib.

Məlumata müvafiq olaraq, MTN-in birinci nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər generallar ev həbsindədirlər.

Əsədovdan başqa MTN-in aparatının rəhbəri Fərhad Vahabov da saxlanılıb.

Baş Prokurorluqda Hilal Əsədovun və Fərhad Vahabovun saxlanılması barədə xəbəri nə təsdiq, nə də təkzib etdilər. 

KİV qeyd edib ki, bu ərəfədə MTN-də qayda pozuntularını və səlahiyyətdən istifadə faktlarını üzə çıxarmaq istiqamətində Baş Prokurorluğun istintaq qrupu işləməyə başlayıb. Binada hətta Baş prokurorun müavini Rüstəm Usubov və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi də görünüb. Qrupa Milli Təhlükəsizlik Nazirliyinin sabiq müavini, Baş Prokurorluq yanında Rüşvətxorluqla Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.

Hüquq-mühafizə orqanlarının nümayəndələri, Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən MTN-də aparılan xüsusi əməliyyatı şərh etmirlər, bu da şayiələr doğurur.

Hal-hazırda bu iş Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir. Vesti.Az-a məlum olub ki, bu gün saxlanılan Teymur Quliyevin oğlunun toyudur. Əldə olan məlumata əsasən, yaxın saatlarda baş verənlər barədə rəsmi məlumat yayılacaq.

www.oxu.az


 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri