22 
Okt
2015
17:10
195
50
28032
Virtual karabakh

MTN-in həbs edilmiş əməkdaşlarının - TAM SİYAHISI

22 Okt, 2015
17:10
28032

MTN-in həbs edilmiş əməkdaşlarının - TAM SİYAHISI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar Bakı İstintaq Təcridxanasına köçürülüblər.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində həbs qətimkan tədbiri seçilmiş 7 əməkdaşının adı məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bunlar MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.

Bu şəxslər Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər artıq Bakı istintaq Təcridxanasına köçürülüblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri