17 
Noy
2015
12:22
7
6
1396
Virtual karabakh

Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək

17 Noy, 2015
12:22
1396

Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Sarayında.

Dekabrın 4-də Heydər Əliyev Sarayında Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, görkəmli kinorejissor, aktyor, ssenarist, Rusiyanın xalq artisti Nikita Mixalkovun yaradıcılıq gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Nikita Mixalkov «Свой среди своих» proqramı ilə öz tamaşaçılarının görüşünə gələcək.

Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, “Oskar” mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir.

Saat 19:00-da başlayacaq gecənin biletləri 20-60 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri