17 
Noy
2015
14:30
9
1
2784
Virtual karabakh

“Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirildi - FOTO

17 Noy, 2015
14:30
2784

“Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xalça Muzeyində.

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalçası Günü və görkəmli alim, xalçaçı rəssam Lətif Kərimovun doğum gününə  həsr olunmuş “Zamanın elçisi xalça” adlı bayram tədbiri keçirilib.

Oxu.Az xəbər verir ki, xalça sənəti Azərbaycan dövlətinin, onun ali  siyasi rəhbərliyinin daim diqqət mərkəzində olub. Dövlətimizin milli irsimizə qayğısının nəticəsində 7 dekabr 2004-cü il tarixli fərman ilə təsdiq edilən “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun qəbul edilib. Bu qanuna əsasən Azərbaycanda ənənəvi xalça bayramı keçirilməsi nəzərə alınıb.Bayramın məqsədi xalça sənətinin milli irsimizin yaşadılması və gələcəyə çatdırılmasıdır.

Azərbaycan xalçası 2010-cu il 16 noyabr tarixindən artıq dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həmin tarixdə Azərbaycan  xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi.  Ona görə də qərara alındı ki, hər il 16 noyabr tarixi ölkəmizdə Xalça Bayramı Günü  kimi qeyd edilsin.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidməti rəhbəri Fuad Rəsulun Oxu.Az-a verdiyi məlumata görə, tədbir çərçivəsində muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan,  L.Kərimovun  doğum gününə  həsr olunmuş “Bir ömrün sehirli ilmələri”  adlı sərgisi və Lətif  Kərimovun  sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərlərinin “Sənəti yaşadanlar” adlı sərgilərin açılışı olub.

 Xalq sənətkarlarının toxuduğu xalçalardan ibarət “Tarix yazan xalçalar” adlı sərgini muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva açaraq milli irsimiz olan xalçaların dünya mədəniyyətinin tərkib hissəsi olduğunu bildirib.

“Bir ömrün sehirli ilmələri” adlı sərgi isə dünya şöhrətli sənətkar, xalçaçı rəssam dünyada ilk Xalça Muzeyinin yaradıcısı Lətif Kərimovu bir daha dərin hörmət və rəğbət hissi ilə anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır.

Azərbaycan xalça elminin banisi Lətif Kərimov uzun elmi və pedaqoji fəaliyyəti ərzində onun yolunu davam etdirən  bir çox istedadlı  sənətşünas yetişdirib. Bir çox gənc rəssamlar, xalçaçılar onun qoyduğu irsdən bəhrələnərək yeni-yeni sənət nümunələri yaratmaqdadırlar. Onlardan görkəmli xalçaçı - rəssamlar Məmmədhüseyn Hüseynov, Aydın Rəcəbov, Əlisəfa Nuriyev, Adil Məmmədov, Arif Nuriyev, Eldar Mikayılzadə, Mətanət Aslanova, Humayə Məmmədova çıxış edərək böyük alim haqqında ürək sözlərini bildiriblər.        

Bu gün münasibəti ilə muzeyin ekspozisiyasında Lətif  Kərimovun  sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının işləri  “Sənəti yaşadanlar” adlı sərgidə tələbələrin diplom işləri - xalçalar, xalça eskizləri nümayiş olunub. Burada həm həndəsi, həm nəbati elementlərin, yeni çalarların istifadə olunduğu bu əl işlərini ərsəyə gətirərkən gənc rəssamlar Lətif Kərimov irsindən bəhrələnib, ondan ilham alıblar.

Bunlardan əlavə burada gənc xalçaçı rəssamların “Azərbaycan Odlar yurdu”, “Məhəbbət əfasanəsi”, “Azərbaycan Prezidenti İlham Əliyev”, çərçivədə kiçik ölçülü xalçalar və eskizlər, “Xeyir və şər”, “Dəvə karvanı”,“Nar şəhəri”, “Naturimort”, “Bismillah”, “Zülfüqar qılıncı”, “Bayraqdan  xəritə”,  “Çərşənbə butaları”, “Atlı qız” və sair əsərləri sərgilənib. Gənclərin bu əsərlərində ənənəvi xalça kompozisiyalarına yeni nəfəs verilməsinin şahidi oluruq.

Tədbrin “Ustad dərsləri” hissəsində gənc xalçaçı-rəssamlarla 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzinin tələbələri və toxuculuq sənətinə yiyələnən sağlamlıq imkanları məhdud  uşaqlar arasında görüş keçirilib. Gənc rəssamlar uşaqlara və gənclərə bu sənətin incəliklərini ustad dərsləri ilə çatdırıblar.  

“Dəyirmi masa”da respublikamızın tanınmış xalçaçı rəssamlar, xalça istehsalçıları və Rəssamlıq Akademiyasının müəllimləri ilə tələbələr arasında açıq söhbət aparılıb. Söhbət əsnasında gənclər ustadlar arasında milli irsimiz olan xalçanın bugünü, gələcəyi və problemləri müzakirə olundu, yetişən nəslin qədim sənətimizə marağının artırılması yolları aranıb.

Tədbirin sonunda qonaqlara Azərbaycan Respublikasının xalq artistləri Könül Xasıyeva, Gülyaz Məmmədova, əmkdar artistlər Fərqanə Qasımova, Teyyub Aslanovun, həmçinin gənc opera ifaçısı Gülşən İbadovanın və digər gənc müğənilərin ifasında konsert proqramı təqdim olunub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri