20 
Noy
2015
16:15
3
10
2022
Virtual karabakh

“Aclıq oyunları 2” filminin premyera öncəsi nümayişi keçirildi - FOTO + VİDEO

20 Noy, 2015
16:15
2022

“Aclıq oyunları 2” filminin premyera öncəsi nümayişi keçirildi - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“28 Cinema”da.

17 noyabrda Azərbaycanın premium kinoteatrı “28 Cinema”da 2015-ci ilin ən reytinqli filmlərindən olan “Aclıq Oyunları 2” filminin  premyera öncəsi qapalı nümayişi keçirilib.

Oxu.Az xəbər verir ki, bu gecə üçün xüsusi bəzədilmiş foyedə qonaqlar üçün furşet təşkil olunub. Tədbirin yadda qalan hissələrindən biri də səhnəyə filmdə canlanan obrazlara oxşayan aktyorların çıxışı və xüsusi hazırlanmış musiqili şou olub.

Gecənin qonaqları məşhur jurnalistlər, bloqqerlər, şou-biznes nümayəndələri və böyük şirkət sahibləri olub.

Tədbir zamanı kinoteatr ərazisində təbii meşə əhval-ruhiyyəsi yaratmaq üçün  Azərbaycanda ilk dəfə olaraq kinoteatra 100 kq-dan artıq quru yarpaq və budaq gətizdirilib. Məhz belə şəraitdə rejissor Frensis Lourens kinonun əsas epizodlarını çəkib.

Şou filmin qapalı nümayiş ilə sona çatıb.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri