21 
Noy
2015
11:56
50
23
1707
Virtual karabakh

Azərbaycan İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edəcək

21 Noy, 2015
11:56
1707

Azərbaycan İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncama əsasən noyabrın 23-dən 27-dək Bakıda İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a bildirilib ki, İSESKO-nun 36-cı İcraiyyə Şurasının rəsmi açılışı noyabrın 23-də “JW Marriott Abşeron” hotelində reallaşacaq.

Konfransda müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar islam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcəkdir.

İSESKO-nun İcraiyyə Şurası Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla ildə bir dəfə öz toplantısını keçirir. Toplantıda Baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı nəzərdən keçirilir, İSESKO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndirilir

Təşkilatın ali qərarverici orqanı olan Baş konfrans hər üç ildən bir keçirilir. İSESKO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

Tədbirdə beynəlxalq təşkilat və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar, dünyanın tanınmış simaları və media nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII Baş konfransın prezidenti seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri