25 
Noy
2015
11:31
6
2
1804
Virtual karabakh

“Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçirildi - FOTO

25 Noy, 2015
11:31
1804

“Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərgi bir ay davam edəcək.

Noyabr ayının 24-də Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçirilib.

Muzeyin mətbuat katibi Fuad Rəsulun Oxu.Az-a verdiyi  xəbərə görə, sərgini  Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi Röya Tağıyeva giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyi və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın birgə fəaliyyəti nəticəsində 2014-cü il 24 noyabr tarixində  YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bununla da, xalqımızın milli-mənəvi dəyərləri sistemində və adət-ənənələrimizdə kəlağayımızın mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi.

Bu münasibətlə də noyabrın 24-ü Azərbaycanda Milli Kələğayı Günü kimi qeyd edilir.

Tədbirdə  Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova və Sənətşünaslıq üzrə professor Səbirə Dünyamalıyeva Azərbaycanın əvəzsiz sənət nümunələrini, milli irsini qoruyan, onun nümayişi və təbliğini daim həyata keçirilməsi, xalqımızın qədim milli irsini qoruyub yaşatmaq və gələcək nəsillərə ötürlməsinin vacibliyindən söz açıblar.   

Sərgidə gənc kolleksiyaçılar Ruslan HüseynovFuad Cəbrayılovun şəxsi kolleksiyasından olan nümunələr nümayiş etdirilib.

Təqdim edilən geyimlər Şamaxı, Qarabağ, Bakı, Naxçıvan və digər bölgələri əhatə edir. Burada 250-dən artıq həm kişi, həm qadın, eləcə də uşaq geyimləri, milli geyimin ayrılmaz hissəsi olan tikmə nümunələri sərgilənir.

Sərgidə nümayiş edilən kolleksiyada XVIII-XIX əsrləri əhatə edən çoxlu sayda müxtəlif tikmə, zərgərlik nümunələri, Azərbaycanın müxtəlif regionlarına mənsub olan milli geyim, geyim elementləri və baş örtükləri saxlanılır.

Tədbir çərçivəsində muzeyin uşaq şöbəsi face-art proqramında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstərilib.

Sərgi çərçivəsində muzeydə həmçinin uşaqlar üçün kələğayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi, trafaretin üzərinin rənglənməsi də nümayiş etdirilib.

Sərginin sonunda kələğayı günü münasibətilə  qonaqlara Azərbaycan Respublikasının xalq artisti Gülyaz  Məmmədova, əmkdar artistlər Fərqanə  Qasımova, Ədalət Şükürov, saz ifaçısı Azər Xanlaroğlunun,  həçinin “Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov, Sədəf  Budaqovanın və digər gənc müğənilərin  ifasında konsert proqramı təqdim olunub.

Qeyd edək ki, “Kələğayısı gülgəz, libası əlvan”  adlı sərgi bir ay davam edəcək.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri