25 
Noy
2015
16:54
46
14
1605
Virtual karabakh

Vilnüsdə “Muğam və Startüne dialoqu”nun premyerası olacaq

25 Noy, 2015
16:54
1605

Vilnüsdə “Muğam və Startüne dialoqu”nun premyerası olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Canlı yayımı internet vasitəsilə izləmək mümkün olacaq.

Noyabrın 25-də saat 20.00-da Vilnüsün Loftas mədəniyyət mərkəzində “Ugnis ir kaukė” ictimai təşkilatın təşkil etdiyi “Muğam və Startüne dialoqu” layihəsinin premyerası baş tutacaq.

Oxu.Az xəbər verir ki, konsertə gələnlər layihənin müəllifi – Teymur Nadir oğlu Kərimovun yaradıcılığından həzz almaq imkanına malik olacaqlar. O, Azərbaycanın ən məşhur rok-musiqiçisi və bəstəkarlarındandır.

2005-ci ildə o, rok və muğamın sintezi əks olunan Oyanis albomuna görə, Fransa akademiyasının mükafatına layiq görülüb.

Tədbirdə həmçinin “Trys keturiose” qrupunun startüne (çoxsəsli xalq mahnısı) ifaçıları, kanon ifaçısı Evaldas Viçinas, muğam triosu Elşən Mansurov, Malik Mansurov və Ehtiram Hüseynov, “Chordos” simli alətlərdən ibarət kvartet, Teymur Nadim (gitara), Mantas Meşkeris (bas gitara), Piyus Qanauskas, Andryus Kayris, Yuliya Şatkauskayte iştirak edəcəklər.

Birbaşa yayımı www.scena.lt internet saytından izləmək mümkün olacaq. Yayıma Penki TV telekanalı sponsorluq edir. Telekanal “Penki kontinentai” şirkətlər qrupuna daxildir.

Layihə UNESCO-nun Litva Milli Komissiyasının və UNESCO-nun xoşməramlı səfiri Valdas Adamkusun dəstəyi ilə həyata keçirilib.

Layihənin tərəfdaşları Litva musiqi və teatr akademiyası, Litvanın Milli Mədəniyyət Mərkəzi və Azərbaycanın Litvadakı səfirliyidir.

Ülviyyə R.Əli
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri