25 
Noy
2015
14:45
11
3
1097
Virtual karabakh

Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının sərgisi açılacaq

25 Noy, 2015
14:45
1097

Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının sərgisi açılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müxtəlif dənizlər.Bir dünya”.

Noyabrın 26-da Heydər Əliyev Mərkəzində Latviya rəssamlarının sərgisi açılacaq. Tədbir Azərbaycanda “Latviyanı duyun” şüarı altında keçirilən Latviya günləri çərçivəsində baş tutacaq.

Mərkəzdən Oxu.Az-a verilən xəbərə görə, “Müxtəlif dənizlər.Bir dünya” adlı sərgidə tanınmış latviyalı rəssamlar Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əsərləri nümayiş olunacaq.

Aleksey Naumov (1955) tanınmış peyzaj ustası və müasir Latviya plener rəngkarlığının görkəmli nümayəndəsidir. Hazırda o, Latviya Rəssamlıq Akademiyasının rektorudur. 60-dan artıq fərdi sərgisi keçirilib, 40-dan artıq birgə sərginin iştirakçısı olub.

Kristaps Zarins (1962) Latviya Rəssamlıq Akademiyasının prorektoru və professorudur. Latviya və digər ölkələrdə bir sıra fərdi sərgiləri keçirilib, birgə sərgilərdə iştirak edib. Onun əsərləri Latviya və Rusiyanın müxtəlif muzeylərində, Avropa ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Andris Vitolins (1975) sənaye rəngkarlığının təmsilçilərindən biri kimi tanınır. Əsasən insan tərəfindən yaradılmış obyektlərin rəsmini çəkir, lakin yaradıcılığında təbiət mənzərələrinə də yer ayırır. İndiyə qədər 10-dan artıq fərdi sərgisi açılıb, 40-dan çox birgə sərginin iştirakçısı olub. Latviya Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının dosentidir.

Heydər Əliyev Mərkəzində açılan sərgi fevralın sonunadək davam edəcək.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri