26 
Noy
2015
15:25
14
0
1439
Virtual karabakh

İlin gözlənilən kinokomediyası “28 Cinema”da

26 Noy, 2015
15:25
1439

İlin gözlənilən kinokomediyası “28 Cinema”da

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oğlan evi: Azərbaycansayağı qarət”.

Azərbaycanın premium kinoteatrı “28 Cinema” komediya ilə kino həvəskarlarını sevindirməyə tələsir. Belə ki, dekabr ayının 3-dən etibarən rejissor İlham Qasımovun “Oğlan evi: Azərbaycansayağı qarət” filminin nümayişlərinə başlayır.

Oxu.Az xəbər verir ki, baş rolları Fərda Amin, Elcan Rəsulovİslam Mehrəliyev oynayırlar.  Filmdə həmçinin Abbas Qəhrəmanov, Elşən HacıbabayevXumar Səlimova,  Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar - DJ FatehMətanət Əliverdiyeva rol alıb.

Film haqqında məlumat: hadisələr paytaxt Bakıda cərəyan edir. Belə ki, işbazlar 3 nəfərə  eyni mənzili satır və zərərçəkənlər pullarını geri almağa müvəffəq olmadıqlarından, qəribə bir plana əl atır.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri