26 
Noy
2015
16:20
6
10
1310
Virtual karabakh

Azərbaycanın xınayaxma ənənəsi Uxan festivalında - FOTO

26 Noy, 2015
16:20
1310

Azərbaycanın xınayaxma ənənəsi Uxan festivalında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli rəqslərin ifası maraqla qarşılanıb.

Çinin Uxan şəhərində tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Uxan Universitetində təşkil edilən festivalda müxtəlif ölkələrdən olan tələbələr milli stendləri ilə mədəniyyətlərini təbliğ ediblər.

Azərbaycanlı tələbələr Sevinc Qacarova, Ayan Kərimova, Aqil Əliyev, Amil ŞərbətovƏli Vəlizadə stendimizi ziyarət edənlərə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadi inkişafı, turizm potensialı haqqında məlumat veriblər.

Xüsusilə, xanım ziyarətçilər Azərbaycanın xınayaxma ənənəsinə böyük maraq göstərib, arzu edənlərin əllərinə müxtəlif formalarda xına yaxılıb.

Bundan başqa, Azərbaycan milli rəqslərinin ifası maraqla qarşılanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri