27 
Noy
2015
15:40
8
2
1686
Virtual karabakh

“28 Cinema”da kriminal trillerin nümayişi başlayır - TREYLER

27 Noy, 2015
15:40
1686

“28 Cinema”da kriminal trillerin nümayişi başlayır - TREYLER

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Film ABŞ istehsalıdır.

Azərbaycanın premium kinoteatrı olan “28 Cinema” bütün kinosevərləri noyabrın 26-dan etibarən “Qatil” filminin nümayişlərinə dəvət edir.

Oxu.Az xəbər verir ki, seanslar noyabrın 26-dan etibarən başlayır.

Film ABŞ istehsalıdır. Kanadalı rejisyor Deni Vilnevanın bu filmi elə ilk dəqiqələri ağır cinayətlər əks etdirən səhnələri ilə diqqət çəkir. Bu tamaşaçını kinonun növbəti 2 saatının hansı atmosferdə davam edəcəyinə hazırlayır.

Filmdə Emili Blant, Benissio Del Toro, Coş Brolin kimi məşhur aktyorlar rol alıb.

Amerika-Meksika sərhədində qadın polis iki reynceri müşaiyət edir, hansı ki, narkobaronları güdürlər. Lakin o heç şübhələnmir ki, sərhədin o tayında gizli bir yer var, harada ki, heç bir qanun işləmir və zorakılıq və əxlaqsızlıq hökm sürür.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri