17 
Dek
2015
16:03
107
20
5766
Virtual karabakh

Azərbaycan “Bala Turkvizyon-2015” müsabiqəsində qalib oldu – FOTO

17 Dek, 2015
16:03
5766

Azərbaycan “Bala Turkvizyon-2015” müsabiqəsində qalib oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 yaşlı Nuray Rəhman və 14 yaşlı Əhməd Əmirli birincilik qazandı.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadı, 5 yaşlı Nuray Rəhman qardaş Türkiyədə keçirilən “Türkvizyon” - Türk dünyası mahnı yarışması çərçivəsində baş tutan “Bala Turkvizyon” adlı ilk uşaq mahnı müsabiqəsinin qalibi olub.

Oxu.Az xəbər verir ki, 13 türkdilli ölkədən 5-16 yaş arasında uşaqların iştirak etdiyi yarışmada “Uşaqlıq illəri” mahnısı ilə (musiqisi Ülviyyə Bəbirli, sözləri Ruhiyyə Rüstəmova) 115 xal toplayaraq qalib gələn balaca istedadla birinciliyi digər həmyerlimiz 14 yaşlı Əhməd Əmirli də qazanıb.

Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi bala” yarışmasında qalib olaraq ölkəmizi təmsil ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri