29 
Yan
2016
15:25
14
110
15273
Virtual karabakh

Azərbaycanın xalq artisti dünyasını dəyişdi

29 Yan, 2016
15:25
15273

Azərbaycanın xalq artisti dünyasını dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mirzəyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.

Xalq artisti Musa Mirzəyev vəfat edib.

Oxu.Az xəbər verir ki, M.Mirzəyev bu gün evində dünyasını dəyişib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, M.Mirzəyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.

82 yaşlı bəstəkar mikro insult diaqnozu ilə müalicə olunurdu. 

Qeyd edək ki, M.Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün Konsert-rondo və başqa əsərlərin müəllifidir.

Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri