Fev
2016
12:49
4
2
912
Virtual karabakh

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək

1 Fev, 2016
12:49
912

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Muğam Mərkəzində.

Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq “Gəncliyin səsi” adlı festival keçirilir.

Oxu.Az xəbər verir ki, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin 1-5 fevral tarixində Bakı və Gəncə şəhərlərində “Gəncliyin səsi” adlı festival keçiriləcək.

Festivalın açılış mərasimi 01 fevral 2016-cı il tarixində saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri