Fev
2016
11:53
2
4
1409
Virtual karabakh

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi – FOTO

2 Fev, 2016
11:53
1409

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi. Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, mərkəzin foyesində Bakı Turizm Peşə Məktəbi tələbələrinin hazırladığı ərzaq və içkilər, “ASAN könüllüləri”nin Mədəniyyət mərkəzi gənc üzvlərinin əl işlərindən ibarət sərgi və Azərbaycan Turizm və Mencment Universiteti tələbələrinin fotosərgisi nümayiş olunurdu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunması haqqında məlum sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı:

“Düz 20 il öncə ümummilli lider Heydər Əliyev gənc nəslə diqqət və qayğının artırılması, istedadlı gənclərin üzə çıxarılıb tanıdılması və onların yaradıcılıq imkanlarının inkişafı üçün dəstək verilməsi məqsədilə 2 fevralı Gənclər Günü elan etdi.

Ulu öndər Heydər Əliyev gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni əsirgəmirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Gəncliyin möhkəm olması isə böyüməkdə olan nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyətindən asılıdır. Ağıllı, savadlı gənclər öz millətini irəli apararaq, ölkəmizin daha da inkişafına səbəb olacaqlar”.

Əbülfəs Qarayev bu gün ölkəmizin mədəni, ictimai və idman həyatında gənclərin rolunun böyük olduğunu vurğuladı. Bildirdi ki, ölkəmizdə təşkil olunan tədbirlərdə gənclər könüllü olaraq layiqincə iştirak edirlər. Bu da onların Vətənə, millətə və dövlətə nə qədər bağlı onduğunun bariz nümunəsidir. Nazir sonda əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək Gənclər Gününün qeyd olunmasının əhəmiyyətindən danışdı.

Qeyd etdi ki, ASAN xidmət mərkəzlərində çalışanların böyük əksəriyyəti gənclərdən ibarətdir. Həmçinin bu qrumun yaradılması və işinin təşkil olunmasında “ASAN könüllüləri”nin böyük əməyi var. Bildirildi ki, Azərbaycan mədəniyyətinin təbliğ olunması, tanıdılması sahəsində Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Daha sonra gənc rejissorlar Nərgiz Bağırzadə Fariz Əhmədovun çəkdiyi “Bir addım” filmi nümayiş olundu.

Qeyd edək ki, ənənəvi olaraq keçirilən festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdikləri nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

“Gəncliyin səsi” festivalı çərçivəsində fevralın 5-dək Bakı və Gəncə şəhərlərində müxtəlif tədbirlər keçiriləcək. Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri