Fev
2016
16:30
3
12
1654
Virtual karabakh

“Yeşilçam”ın ulduzu vəfat etdi

4 Fev, 2016
16:30
1654

“Yeşilçam”ın ulduzu vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

300-dən çox kino, 70-ə yaxın televiziya serialında rol alıb.

Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan aktrisa Ülkü Ülkər 66 yaşında həyatla vidalaşıb.

Oxu.Az xəbər verir ki, aktrisanın ölümü haqqında məlumatı Twitter hesabında Onur Akay yayıb.

Aktrisa kino sahəsinə “Genç kızlar pansiyonu” filmi ilə gəlib. 1973-cü ildə Atif Yılmazın “Utanç” adlı filmi ilə “Altın koza” mükafatını qazanıb.

Kinoyla birlikdə Ergüder Yoldaş və Reyman Eraydan musiqi dərsləri alaraq, müğənniliyi 10 ilə qədər davam etdirib. 300-dən çox kino, 70-ə yaxın televiziya serialında rol alıb.

Ülkərin rol aldığı filmlər arasında “Çark”, “Alın yazısı”, “Beyaz Kurt”, “Kadersizler”, “Utanç”, “Kuma”, “Uygunsuzlar”, “Kadınlar hayır derse”, “Bir yudum sevgi”, “Ağır roman” və s. kimi filmlər var.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri