Fev
2016
16:55
13
137
6957
Virtual karabakh

Xalq artisti xəstəxanaya yerləşdirildi

8 Fev, 2016
16:55
6957

Xalq artisti xəstəxanaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, Hepatit virusundan əziyyət çəkir.

Xalq artisti, rejissor Tofiq İsmayılov xəstəxanaya yerləşdirilib.

76 yaşlı rejissorun səhhəti ilə əlaqədar Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimov Oxu.Az-a açıqlamasında bildirib:

“Hazırda reanimasiyadadır. Müalicə davam edir”.

Tofiq İsmayılov Hepatit virusundan əziyyət çəkir.

Rejissor 1939-cu il aprelin 6-da Bakıda anadan olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

“Yaşıl işıq”, “Musiqi müəllimi”, “Mən mahnı qoşuram” və s. filmlərin rejissoru və ssenari müəllifidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri