10 
Fev
2016
14:56
5
8
1505
Virtual karabakh

Mədəniyyət sahəsində “Tvinninq” layihəsi həyata keçiriləcək – FOTO

10 Fev, 2016
14:56
1505

Mədəniyyət sahəsində “Tvinninq” layihəsi həyata keçiriləcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazir görüş keçirdi.

2016-2017-ci illərdə italiyalı ekspertlə­rlə birgə “Mədəniyyət sektorunun siyasət­i və idarə olunması sisteminin modernləş­dirilməsində Azərbaycan Respublikasının ­Mədəniyyət və Turizm Nazirliyinə dəstək”­ adlı Tvinninq layihəsi həyata keçiri­ləcək.

Oxu.Az xəbər verir ki, layihənin icra müddətinin başlanması ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Tvinninq” layihəsinin yerli müşaviri Alessa­ndro Biançi ilə görüşüb.

Görüşdə ­mədəni irsin qorunması və mə­dəniyyət sahəsində idarəetmənin təkmillə­şdirilməsinə dair 2016-2017-ci illəri əh­atə edəcək “Tvinninq” layihəsi ilə bağlı müzakirələr aparılıb. 

Nazir Əbülfəs Qarayev layihənin uğurla həyata keçi­rilməsinin mədəniyyət sahəsinin idarə ed­ilməsində və mədəni irsin qorunmasında A­zərbaycanın dünyanın ən qabaqcıl təcrübə­sinə yiyələnməsinə kömək edəcəyini bildirib. 

Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, görülən işlərdə yüksək həssaslıq göstəriləcəyini bildirib. 

Qeyd edək ki, layihə Avropa Komi­ssiyası ilə razılaşdırılmış və Nazirlər ­Kabineti tərəfindən  təsdiqlənib. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri