16 
Yan
2014
18:40
290
165
23473
Virtual karabakh

Mən Hollivud ulduzuyam – Fotosessiya

16 Yan, 2014
18:40
23473

Mən Hollivud ulduzuyam – Fotosessiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aygün Rəhimova “Matilda”obrazında...

Oxu.Az növbəti yeni, “Mən Hollivud ulduzuyam” adlı layihəsini təqdim edir. 

Layihənin formatına görə, hər dəfə bir və ya iki məşhur sima yerli yaxud əcnəbi ulduzun hansısa tanınmış filmdəki sevilən obrazını fotokamera qarşısında canlandıracaq.

Layihənin ilk siması “Yeni Ulduz - 2” müsabiqəsindən hamının yaxşı tanıdığı gənc və istedadlı müğənni Aygün Rəhimovadır. Aygün xanımı məşhur “Leon” filmindəki “Matilda” obrazında görəcəksiniz.

Qeyd edək ki, filmi fransız rejissoru Lük Besson çəkib. Baş rollarda Natali Portman (Matilda), Jan Reno (Leon), Heri Oldmen (Norman Stensfild) və Denni Ayello (Matildanın anası) çəkiliblər.

Vizaja görə "AZ studio" gözəllik salonundan İrina xanıma təşəkkür edirik. 

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri