19 
Apr
2016
17:11
50
2
1199
Virtual karabakh

Nəsibə Zeynalovanın xatirəsi anılacaq

19 Apr, 2016
17:11
1199

Nəsibə Zeynalovanın xatirəsi anılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisanın anadan olmasının 100 illiyi tamam olur.

20 aprel 2016-cı il tarixdə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur.

Oxu.Az xəbər verir ki, Nəsibə xanım Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 mart 2016-cı il tarixli Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı ilə birgə Nəsibə Cahangir qızı Zeynalovanın 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcək.

20 aprel saat 10.00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinin, Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin və Nəsibə xanım Zeynalovanın yaxınlarının və doğmalarının iştirakı ilə çoxəsrlik zəngin mədəniyyət salnaməmizdə silinməz iz qoyan böyük sənətkar, bənzərsiz gülüş ustasının Fəxri xiyabandakı məzarı ziyarət ediləcək.

2016-cı ilin noyabr ayında isə Azərbaycan Dövlət Musiqili Teatrında korifey sənətkarın yubiley gecəsi keçiriləcək.

Qeyd edək ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb.

Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib.

Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri