20 
Apr
2016
18:20
14
2
957
Virtual karabakh

Braziliyada Azərbaycan filmləri həftəsi keçirildi – FOTO

20 Apr, 2016
18:20
957

Braziliyada Azərbaycan filmləri həftəsi keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filmlərin nümayişi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Braziliyada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunmuş Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib.

Oxu.Az xəbər verir ki, kino həftəsi çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi həmçinin, “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş etdirilib.

Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Bu ilin 7 aprel tarixində paytaxt Braziliada Braziliya Bankının Mədəniyyət Mərkəzində adıçəkilən sənədli filmin təqdimatı keçirilib.

Filmin nümayişi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə yerli ictimaiyyətin və Braziliyada akkreditə olunan diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri