20 
Apr
2016
14:27
50
0
1945
Virtual karabakh

Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olundu – FOTO

20 Apr, 2016
14:27
1945

Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olundu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisanın nəvəsi Nəsibə Əsgərova ürək sözlərini yubiley iştirakçıları ilə paylaşdı.

Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur.

Oxu.Az xəbər verir ki, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 mart 2016-cı il tarixli Sərəncam imzalayıb.

Aprelin 19-da  Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın korifey sənətkarı, Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı ilk tədbir keçirilib.

Tədbiri  açan aparıcı Kamran İsrafilov xalqın sevimlisinə çevrilmiş aktrisanın oynadığı rolların zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durduğunu vurğulayıb.

Söz Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarova verilib. Daha sonra Nəsibə xanımla “Yuxu” filmində rol alan əməkdar artist, teatr və kino aktrisası Ayan Mirqasımova iştirakçılarla öz xatirələrini bölüşüb.

Əməkdar incəsənət xadimləri Rafiq Sadıxov, Aydın Kazımzadə, tanınmış aktyor və sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə, ssenarist və aktyor Qasım Səfəroğlu çıxışlarında aktrisanın istər kinoda, istərsə də teatrda yaratdığı kiçik rolları belə yaddaqalan, baxımlı etmək bacarığına, istənilən obrazı tamaşaçıya yüksək səviyyədə təqdim edib və sevdirmək ustalığına malik olduğunu qeyd ediblər.

Çıxışlardan sonra Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova öz ürək sözlərini yubiley iştirakçıları ilə paylaşıb, onun səhnədə hər zaman gülən və güldürən aktrisa olmağı ilə yanaşı, çox qayğıkeş ana, qaynana  və nənə olduğunu vurğulayıb, Nəsibə xanımın ailəsi adından tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.

Suraxanı rayon Heydər Əliyev Mərkəzində rəssam vəzifəsində çalışan Aynur Novruzova tərəfindən çəkilmiş Nəsibə Zeynalovanın portreti nəvəsi N.Əsgərovaya xatirə hədiyyəsi olaraq təqdim olunub.

Sonda əməkdar artist Nailə Mirməmmədlinin müşaiyəti ilə müğənnilər Günay Hüseynova və Aygün Abbaszadə “Qaynana” filmindən “Biz mehriban ailəyik” mahnısı ilə tədbirə xüsusi rəng qatıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri